“AS Tallink Grupp”-in daşımalarının həcmi artıb
Baltik dənizinin şimal regionunda aparıcı yük və sərnişin gəmisi operatoru olan “AS Tallink Grupp” 2022-ci ilin iyun ayında 600 488 sərnişin daşıyıb. Bu da ötən ilin iyun ayı ilə müqayisədə 174,3% çoxdur.
“Seanews.az”-ın məlumatına görə, həmin dövrdə 36 911 ədəd yük (+17,4%) və 91 421 ədəd minik avtomobili (+56,6%) daşınıb.
Aprel-iyun aylarında “AS Tallink Grupp”-un gəmilərinin xidmətindən 1 552 174 sərnişin istifadə edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 262,9% çoxdur. Üç ayda 109 380 ədəd yük (+18,9%) və 225 563 ədəd avtomobil (+79,4%) daşınıb.
15 gəmidən ibarət donanmaya malik şirkət “Tallink” və “Silja Line” brendləri altında yeddi marşrut üzrə fəaliyyət göstərir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır