Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Polşa Portuqaliyadan Baltik limanlarına LNG göndərmək istəyir

Polşa Portuqaliyadan dəniz yolu ilə mayeləşdirilmiş təbii qazın (LNG) daşınmasında maraqlı olduğunu bildirib.

“Seanews.az” xəbər verir ki, Polşa və Portuqaliya hökumətləri Portuqaliyanın Sineş limanından mayeləşdirilmiş təbii qazın Baltik limanlarına çatdırılması imkanlarını müzakirə ediblər. Bu barədə iki ölkənin Baş nazirləri - Mateuş Moravetski və Antonio Kostanın birgə bəyanatında deyilir.

Portuqaliyanın Baş nazirinin dediyi kimi, Sineşdəki liman "enerji ehtiyatlarının Baltik limanlarına nəqli üçün imkan və şəraitə malikdir. Biz Polşanın enerji təhlükəsizliyini və davamlı inkişafı təmin etmək səylərində dəstəkləməyə hazırıq", - deyə Portuqaliya hökumətinin başçısı vurğulayıb.

Moravetski təchizat zəncirini Portuqaliyada LNG-nin böyük gəmilərdən kiçik gəmilərə yenidən yüklənməsində görür. Beləliklə, Svinouysdə LNG terminalı və Baltic Pipe qaz kəmərinin tikintisi sayəsində ölkə qaz mərkəzinə çevrilir.

Portuqaliya hakimiyyəti hesab edir ki, Rusiya Federasiyasından asılılığı azaltmaq üçün Sineş limanı ABŞ-dan qaz qəbul edib, daha kiçik gəmilərlə başqa ölkələrə nəql edə bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır