Sinqapur limanının yük dövriyyəsi azalıb
2022-ci ilin yanvar-aprel aylarında Sinqapur limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% - 193 milyon tona qədər azalıb. Quru yüklərin aşırılmasının həcmi 6,43 milyon ton (-21,5%), neft məhsullarının işlənməsinin həcmi 62,3 milyon ton (-4%) olub.
“Seanews.az” xəbər verir ki, Limanın məlumatında konteyner dövriyyəsinin 2,4% azalaraq 12,1 milyon TEU təşkil etdiyi bildirilir.
Sinqapur Cənub-Şərqi Asiyada bir adada yerləşən şəhər-dövlətdir. 2021-ci ildə Sinqapur limanının yük dövriyyəsi 599 milyon ton olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır