Sinqapur limanında birinci rübdə 145,7 milyon ton yük aşırılıb
2022-ci ilin yanvar-mart aylarında Sinqapur limanının yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 3,7% azalaraq 145,7 milyon tona düşüb.
“Seanews.az” xəbər verir ki, quru yüklərin aşırılmasının həcmi 6,34 milyon ton (-21,2%), neft məhsullarının aşırılmasının həcmi 47,2 milyon ton (-2,7%) olub.
Konteyner dövriyyəsi 2,5% azalaraq 9 milyon TEU-ya enib.
Sinqapur Cənub-Şərqi Asiyada adada yerləşən şəhər-dövlətdir. 2021-ci ildə Sinqapur limanının yük dövriyyəsi 599 milyon ton təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır