“CMA CGM” nəqliyyat və logistika şirkətini almağı planlaşdırır
“Seanews.az” xəbər verir ki, Marsel gəmiçilik qrupu “CMA CGM” hazır avtomobillərin daşınması, logistikası ilə məşğul olan “Gefco” şirkətini almaq niyyətindədir. “Gefco”-nun səhmləri Rusiya Dəmir Yolları və “Stellantis” şirkətlərinə məxsusdur.
“CMA CGM”-dən bununla bağlı hələlik heç bir şərh yoxdur.
Fransa-İtaliya avtomobil istehsalçısı “Stellantis”şirkəti “Gefco”-da 25% paya sahibdir. Sövdələşmə zamanı şirkət 450-500 milyon avro dəyərində qiymətləndirilib.
“Stellantis”-in ortağı olan “Gefco” aprelin 1-də Rusiya Dəmir Yollarının Qərbin sanksiyalar siyahısına salınmasından sonra Rusiya Dəmir Yollarına məxsus 75% payı satın alacağını bildirib.