Ukraynaya Baltik dənizi vasitəsilə ərzaq ixrac etmək təklif olunur
Avropa Komissiyası Ukraynaya Baltik dənizi vasitəsilə ərzaq ixrac etməyi təklif edir.
“Seanews.az” xəbər verir ki, bunu İspaniyanın “ABC” qəzetinə müsahibəsində kənd təsərrüfatı üzrə Avropa komissarı Yanuş Voysexovski bildirib.
Onun sözlərinə görə, bu yolla Kiyev Polşa limanlarından Baltik dənizi vasitəsilə ərzaq ixrac edə biləcək. Bundan əlavə, AK-nin təklif etdiyi kanallar Avropadan Ukraynaya ərzaq çatdırılmasına xidmət edəcək.
Voytsexovski vurğulayıb ki, o, artıq bu məsələni Polşanın Baş naziri Mateuş Moraveski ilə müzakirə edib və o, “Ukraynanı dəstəkləmək üçün mümkün olan hər şeyi etməyə hazır olduğunu” təsdiqləyib.
Avropa komissarı qeyd edib ki, hazırda ukraynalı qaçqınlara yardım əsas prioritet olaraq qalmalıdır. Voysexovski əlavə etdi ki, mövcud şəraitdə Polşa sərhədinə bütün kommersiya daşımaları "yüksək riskli fəaliyyətlər" olacaq.