Hedland limanından 87,4 milyon tona yaxın dəmir filizi ixrac edilib
2022-ci ilin yanvar-fevral aylarında Avstraliyanın Hedland limanının yük dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,6% artaraq 88,5 milyon tona çatıb.
“Seanews.az” xəbər verir ki, qeyd olunan dövrdə liman vasitəsilə 87,4 milyon tona yaxın dəmir filizi ixrac edilib.
Hedland limanı Avstraliyanın dəmir filizinin ixrac olunduğu əsas limanıdır. 2021-ci ildə yük dövriyyəsi 2020-ci illə müqayisədə 1% artaraq 553 milyon təşkil etmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır