Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Süveyş kanalından tankerlərin tranzit keçidinin qiymətləri artırılıb

Süveyş kanalının administrasiyası bu beynəlxalq su yolundan keçən gəmilərdən alınan ödənişlərin 5%-dən ən azı 10%-ə qədər artırıldığını açıqlayıb. Yeni tarif 2022-ci il martın 1-dən qüvvəyə minib.

“Seanews.az” xəbər verir ki, qiymət artımı hələlik neft məhsulları daşıyan tankerlərə aiddir. Amma gələcəkdə digər gəmilərə də tətbiq ediləcək.

Keçidin qiymətlərinin artırılması Süveyş kanalının genişləndirilməsi ilə bağlı daha bir layihənin həyata keçirməsi üçün zəruridir.

Qərarın “dünya ticarətinin artımı, Süveyş kanalının su yollarının inkişafı və tranzitdə göstərilən xidmətlərin yaxşılaşdırılmasına müvafiq olduğu bildirilir.

Süveyş kanalı ən mühüm beynəlxalq gəmiçilik arteriyasıdır. Afrika qitəsini Asiyadan ayıran kanal  Avropa ilə Hind okeanı və Qərbi Sakit okean ətrafındakı ərazilər arasında ən qısa dəniz yolunu təmin edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır