Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Tanker və balker donanması operatoru fəaliyyət sahəsini genişləndirir

Danimarkanın tanker və balker donanması operatoru “Norden” Fransanın “Comilog” manqan mədən şirkəti ilə müqavilə imzalayıb və bununla fəaliyyətində yeni biznes xəttini - liman logistikasını açıb.

“Seanews.az” xəbər veriri ki, şirkət Qabonda (Mərkəzi Afrika) yüklərin daşınmasını təmin edəcək. Müqavilə 10 il müddətinə imzalanıb. Layihəyə qoyulan investisiyalar 40 milyon dollar təşkil edəcək.

“Liman logistikası bizim üçün yeni fəaliyyət növüdür, biz standart yük daşımalarından kənara çıxmağa və təchizat zəncirində innovativ tərəfdaş olmağa çalışırıq. Müqavilə üzrə ilk əməliyyat artıq həyata keçirilib”, - deyə şirkətdə bildiriblər.

Layihə çərçivəsində “Norden” Qabonda mövcud limandan 40 km aralıda üzən yükaşırma kompleksi inşa edib ki, bu da “Capesize” kimi çox böyük gəmiləri yükləməyə imkan verir. Yük barjlarla komleksə gətirilir və sonra Asiyaya çatdırılması üçün gəmilərə vurulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır