Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Gəmilər Taysan – Ninbo – Da-Çan-Bey – Tilberi xətti üzrə hərəkət edəcək

Britaniyanın “Unserve” logistika şirkəti konteyner daşımaları üzrə ixtisaslaşan “Ellerman City Liners” törəmə müəssisəsini yaradıb.

“Seanews.az” xəbər verir ki, “Ellerman City Liners” Çin - Böyük Britaniya marşrutu üzrə müntəzəm GB Express xidmətinə başlayıb. Xidmətə icarəyə götürülmüş 2,4 mindən 5 min TEU-yədək tutumlu dörd konteyner gəmisi daxildir. Gəmilər Taysan –  Ninbo – Da-Çan-Bey – Tilberi xətti üzrə hərəkət edəcək.

İlkin olaraq gəmilər  icarəyə götürülmüdü.  Lakin limanlardakı tutum çatışmazlığı və sıxlığın yaxın gələcəkdə də davam edəcəyi ehtimalı çox böyük olduğundan, şirkət bu seqmentdə öz biznesini qurmağa qərar verdi.

“Ellerman” markası 1892-ci ildən mövcuddur. Böyük Britaniyanın ən böyük gəmiçilik şirkətlərindən biridir. 1991-ci ildə “Ellerman”-ın biznesi “Andrew Weir Shipping” tərəfindən alınmışdı. “Ellerman City Liners” adını isə karyerasına məhz “Ellerman”da başlayan “Unseve”-nin sədri Ian Liddell keçən il qaytarıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır