Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Mebel istehsal edən şirkət konteyner gəmisinin inşasına 32,8 milyon dollar ayıracaq

Çinin mebel istehsalçısı “Loctek” öz mallarının daşınması üçün konteyner gəmisini inşa etməyi planlaşdırır.

“Seanews.az” xəbər verir ki, şirkətdə konteyner gəmisini inşa etmək qərarının bir neçə səbəblə izah edirlər. Bunlar limanlardakı tıxaclar, yüklərin vaxtında çatdırılmaması və təchizat zəncirlərindəki fasilələrdir. Bundan əlavə, malların onlayn alışında artım tendensiyası davam edir, e-ticarət durmadan artır.

1,8 min TEU tutumlu gəmi yerli “Huanghai Shipbuilding” tərsanəsində inşa ediləcək. 32,8 milyon dollara başa gələcək konteyner gəmisinin 2023-cü ilin mart ayının sonunda təhvil verilməsi gözlənilir.

Konteyner gəmisinin hansı marşruta cəlb olunacağı və onu kimin idarə edəcəyi barədə məlumat yoxdur.

Xatırladaq ki, keçən yay tədarük zəncirlərindəki gecikmələr fonunda ABŞ-ın üçüncü ən böyük idxalçısı olan Amerika pərakəndə satış şəbəkəsi “Home Depot” şirkəti konteyner gəmisi üçün çarter müqaviləsi bağlamışdı. Payızda Britaniyanın “John Lewis marketlər şəbəkəsi”, eləcə də Tayvanın yarımkeçirici istehsalçısı “Taiwan Semiconductor Manufacturing” belə bir qərara gəldilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır