Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Ekoloji cəhətdən təmiz bərə Turku-Aland-Stokholm xəttində istismar ediləcək

 “Viking Line” şirkəti yeni və ekoloji cəhətdən təmiz “Viking Glory” bərəsini donanmasının tərkibinə daxil edib.

“Seanews.az” xəbər verir ki,  “Vikinq Şöhrət” kruiz bərəsi bir neçə gün əvvəl Süveyş kanalından keçərək daimi fəaliyyət yerinə - Finlandiyanın Turku limanına istiqamət götürüb.

Bərənin Turku-Aland-Stokholm xəttində rəsmi istifadəyə verilməsindən sonra “Viking Line” donanmasının ətraf mühitə təsiri əhəmiyyətli dərəcədə azalacaq.

“Viking Glory” bərəsi  Turku-Stokholm xəttində Viking Line tərəfindən 2013-cü ildən istismar olunan “Viking Grace” gəmisi ilə birgə üzəcək. Beləliklə, marşruta Baltikyanı ölkələrin ən səmərəli və ekoloji cəhətdən təmiz bərələrindən ikisi xidmət göstərəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır