Sinqapur limanında yük dövriyyəsindəki müsbət tendensiya davam edir
Sinqapur limanının ötürücülük qabiliyyəti artır, konteyner dövriyyəsi üzrə müşahidə olunan müsbət tendensiya da davam edir.
“Seanews.az” xəbər verir ki, 2021-ci ildə limanda 599 milyon ton yük aşırılıb. Bu da 2020-ci illə (590,3 milyon ton) müqayisədə 1,47% çoxdur.
Hesabat dövründə konteyner dövriyyəsi 1.6% artaraq 37.5 milyon TEU təşkil edib. Qeyd edək ki, bu, Sinqapur limanının tarixində rekord göstəricidir.
Sinqapur Cənub-Şərqi Asiyada bir adada yerləşən şəhər-dövlətdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır