Dairəvi səfər 84 gün davam edəcək
“HMM”gəmiçilik şirkəti, Asiya, Hindistan və Latın Amerikasını birləşdirən yeni “Far East-India-Latin America Service” (FIL) xidmətini təqdim edir.
“Seanews.az”-ın məlumatına görə, gəmilər Pusan - Şanxay - Ninbo - Şekou - Sinqapur - Kattupalli - Durban - Santus - Paranaqua - İtapoa - Naveqantis – Buenos-Ayres - Montevideo - Sinqapur - Honkonq – Pusan xətti üzrə hərəkət edəcək.
Yeni xətdə ilk səfərə 5000 TEU tutumlu “Hyundai Platinum” konteynerdaşıyan gəmisi çıxacaq. Gəmi dekabrın 7-də Pusandan yola düşəcək.
Dairəvi səfərin (gediş-dönüş) 84 gün davam edəcəyi bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır