Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Azərbaycan balıq və dəniz məhsullarının idxalını 28% artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana idxal olunan balıq və dəniz məhsullarının dəyəri artıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalara görə, ilin ilk yarısında ölkəyə dəyəri 9 866,04 min ABŞ dolları təşkil edən balıqlar və xərçəngkimilər, molyusklar və digər su onurğasızları idxal edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 2 163,12 min dollar və ya 28,1% çoxdur.

Hesabat dövründə ölkədən ixrac olunan balıq və dəniz məhsullarının dəyəri cəmi 564,86 min dollar təşkil edib ki, bu da illik ifadədə 277,92 min dollar və ya 96,8% çoxdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır