Bir kəmər – bir yol” təşəbbüsü çərçivəsində birgə sərhəd məntəqəsi tikilə bi
Gürcüstan və Azərbaycan “Bir kəmər – bir yol” təşəbbüsü çərçivəsində ilk birgə sərhəd məntəqəsini yaratmağı planlaşdırırlar. Bunu Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze Manilada keçirilən 51-ci ənənəvi görüşündəki çıxışında bəyan edib. M.Baxtadze deyib: “Gürcüstan Asiya İnkişaf Bankının maneəsiz ticarətə dair konsepsiyasını tam dəstəkləyir. Məhz bu səbəbdən biz Azərbaycanla birlikdə ilk birgə sərhəd məntəqəsinin tikintisi imkanını nəzərdən keçiririk”. 2013-cü ildə Çin yeni iqtisadi inkişaf strategiyasını – infrastrukturun yaradılmasına və Avrasiya ölkələri arasında qarşılıqlı əlaqələrin qurulmasına yönəldilən “Bir kəmər- bir yol” strategiyasını elan edib. Bu strategiya inkişafın iki mühüm istiqamətini – İpək Yolu İqtisadi Kəmərini və Dəniz İpək Yolunu nəzərdə tutur. Söhbət güzəştli şərtlərlə Şərqdən Qərbə birbaşa yükdaşımaları üçün ticarət dəhlizinin yaradılmasından gedir. Azərtac