Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

i Bakı limanının əməliyyat imkanlarının genişləndirilməsinə Aİ dəstək verə

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Avropa İttifaqı (Aİ) “Ələtdə yeni Bakı limanının əməliyyat imkanlarının genişləndirilməsinə Aİ dəstəyi” adlı birgə layihə təqdim edib. Aİ tərəfindən maliyyələşdirilən layihəyə qurumun bir milyon avroya yaxın texniki yardımın ayrılmasını nəzərdə tutur. 2018-2019-cu illəri əhatə edəcək proqram çərçivəsində liman əməliyyatları, idarəetmə, biznes, insan resursları, əmək və ətraf mühitin mühafizəsi, ictimaiyyətlə əlaqələr sahələrində təcrübə mübadiləsi aparılacaq. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının rəhbəri Taleh Ziyadov layihənin təqdimatı zamanı bildirib ki, liman Avropanın aparıcı limanları, nəqliyyat və logistika şirkətləri ilə əməkdaşlıq edir və layihə icra olunduqca bu əməkdaşlıq daha da genişlənəcək. Aİ-nin Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas öz növbəsində qeyd edib ki, Bakı limanı Asiya ilə Avropa arasındakı ticarət şəbəkəsində vacib yer tutur: “Bu ildən Avropa yük daşıyıcıları Bakı limanının müasir informasiya-kommunikasiya sistemləri vasitəsilə onlayn rejimdə yüklərin yeri, əməliyyatlar və qonşu limanlara çatdırılma müddətlərini izləyə biləcək”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır