Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

"ACSC Logistics” MMC Özbəkistanda keçirilən sərgidə öz stendi ilə təmsil olunub

Özbəkistanın paytaxtı Daşkənddə “Trans Uzbekistan/Trans Logistica – 2019” sərgisi keçirilib. Üç gün davam edən sərgidə ölkəmizi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) tərkibinə daxil olan “ACSC Logistics” MMC təmsil edib.  

“ACSC Logistics” MMC-nin  stendi ilk gündən ziyarətçilərin xüsusi marağına səbəb olub. Şirkətin nümayəndələri ziyarətçilərə “ACSC Logistics” MMC-nin fəaliyyətini əks etdirən xüsusi çap məhsulları paylayıb, onları maraqlıandıran sualları cavablandırıblar.

Sərgidə  Türkiyə və Avropa ölkələri, eləcə də əks istiqamətdə yükdaşımalar həyata keçirən sahibkarlara Azərbaycan üzərindən keçən dəhlizlərin üstünlükləri barədə məlumat verilib. Bundan başqa, sərgi çərçivəsində konkret layihələr üzrə iri yük sahibləri ilə ikitərəfli görüşlər keçirən şirkət nümayəndələri gələcək əməkdaşlığının perspektivlərini müzakirə ediblər.

Xatırladaq ki, “ACSC Logistics” MMC həm ölkə daxilində, həm də xaricdə nəqliyyat və logistika xidmətləri göstərir. Şirkətin əsas məqsədi Avropa ilə Asiya arasındakı ən qısa marşrut kimi qədim İpək Yolu, xüsusilə Transxəzər Nəqliyyat Dəhlizinin tam istifadəsini təşviq etmək, bu istiqamətdə əlavə yükdaşıma imkanlarını araşdırmaq və həyata keçirməkdən ibarətdir. “ACSC Logistics” MMC şəffaf və aydın tarif siyasəti, innovativ iş üsullarından istifadə, əlavə xərcləri aradan qaldırmaq üçün qabaqlayıcı tədbirlərin görülməsi, yaranmış problemlərin həllində sürətlilik, müqavilələrə uyğun vəzifələrin peşəkar və vaxtında yerinə yetirilməsi kimi vacib prinsiplərlə işləyir.

“ACSC Logistics” MMC-nin xidmət dairəsi genişdir. Şirkət müştərilərinə yüklərin daşınması üçün ən optimal marşrut seçimi, təhlükəli və iri həcmli yüklər və onların daşınma şərtləri barədə tövsiyələr verir, yüklərin Xəzər dənizi, Qara dəniz, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, MDB və Baltik ölkələrinin həm dəmir, həm də dəniz yolları ilə daşınmasını həyata keçirir. Bundan başqa, daşıma zamanı tələb olunan sənədləşmə və müşayiət xidmətlərinin, o cümlədən gömrük rəsmiləşdirilməsi, sığorta, gəmi agenti, nəqliyyat, ekspedisiya və digər xidmətlərin göstərilməsini də təşkil və təmin edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır