Rusiya və Türkiyə arasında Ro-Ro xətti açıla bilər
Rusiya və Türkiyə arasında Ro-Ro xətti açıla bilər.
"Seanews.az" xəbər verir ki, bununla bağlı Antaliyada keçirilən Rusiya və Türkiyə hökumətlərarası iclasında qərara gəlinib.
Tərəflər xəttin açılması ilə bağlı sentyabrda iki ölkənin gəmi mülkiyyətçiləri, liman terminalı operatorları, milli birliklər və biznes nümayəndələrinin iştirakı ilə Samsunda texniki ekspert görüşünün təşkili barədə razılığa gəliblər.
Ro-Ro tipli gəmilərdən təkərli nəqliyyat vasitələrinin daşınmasında istifadə olunur. Bura TIR, avtomobil, traktor, tank və sair kimi nəqliyyat növləri daxildir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır