Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

arımillikdə Azərbaycandan yükdaşımaların həcmi 3% ar

2017-ci ilin I yarısında Azərbaycanda idxal-ixrac əməliyyatları zamanı yükdaşımaların həcmi 16 mln. 991,028 min ton təşkil edib. Bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3,4% çoxdur. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, 13 mln. 790,468 min ton yük ixracın,  3 mln. 200,56 min ton yük idxalın payına düşüb. Hesabat dövründə ixrac əməliyyatları zamanı dəniz nəqliyyatı vasitəsilə 156,289 min ton, dəmir yolu ilə 1 mln. 20,372 min ton, avtomobil nəqliyyatı ilə 417,255 min ton, hava nəqliyyatı ilə 3,04 min ton, stasionar nəqliyyat vasitələri ilə 12 mln. 191,818 min ton yük daşınıb. Qalan yüklər digər nəqliyyat vasitələrinin payına düşüb. İdxal əməliyyatları zamanı dəniz nəqliyyatı vasitəsilə 158,348 min ton, dəmir yolu ilə 1 mln. 845,705 min ton, avtomobil nəqliyyatı ilə 915,672 min ton, hava nəqliyyatı ilə 6,979 min ton yük daşınıb. Qalan yüklər digər nəqliyyat vasitələrinin payına düşüb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır