• Bakı, 2019-12-13,
Seanews
Heyder Eliyev

ıda “TransCaspian/ Translogistica 2017” sərgisi keçir

Bakı Ekspo Mərkəzində “TransCaspian/Translogistica 2017” sərgisi keçirilir. Sərginin açılış mərasimində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə  bildirib ki ,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nəqliyyat sektoruna göstərdiyi diqqət nəticəsində dəmir yolu, su və hava nəqliyyatı vasitələri ilə yükdaşımaların həcmi artıb. Şərq və Qərb arasında körpü rolunu oynayan Azərbaycan hazırda mühüm tranzit daşımalarda əsas tərəfdaş kimi qəbul edilir. Daha sonra sərgidə təmsil olunan şirkətlərin stendlərinə baxan nazir “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin unikallığı ilə seçilən stendi ilə də yaxından tanış olub.  “AXDG” QSC-nin sədri Rauf Vəliyev bildirib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi yerli və beynəlxalq daşımaların artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsinə layiqli töhfə vermək üçün bütün imkanlarını səfərbər edib. Xatırladaq ki, “TransCaspian/Translogistica 2017” sərgisində stendimizi  ziyarət edənlərə Gəmiçiliyin fəaliyyəti barədə  ətraflı məlumat verilir. Eyni zamanda,  xüsusi monitorlar vasitəsi ilə videoçarxlar nümayiş olunur. Bu səbəbdən Gəmiçiliyin stendi həm yerli, həm də xarici ziyarətçilərin xüsusi marağına səbəb olub. “TransCaspian/Translogistica”-2017”-də  dünyanın 14 ölkəsini təmsil edən 88 şirkət iştirak edir. Sərgi peşəkar ziyarətçilər üçün 26-28 aprel tarixində, tələbələr üçün isə aprel ayının 28-də açıq olacaq. Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika  sərgisi həm Azərbaycanın, həm də bütövlükdə region ölkələrinin dövlət nəqliyyat strukturlarının rəhbər və mütəxəssisləri ilə görüşlər, eləcə də ən son nəqliyyat texnologiyalarının nümayişi, perspektivli infrastruktur layihələri ilə yaxından tanışlıq, yeni müştərilərlə əlaqələr  və təcrübə mübadiləsi baxımından unikal imkana malikdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır