

2024-cü ilin yanvar-sentyabrında Çin limanlarının konteyner dövriyyəsi 7,7% artıb
2024-cü ilin yanvar-sentyabr aylarında Çin limanlarında konteynerlərin aşırılması 248,5 milyon TEU təşkil edib ki, bu göstərici də ötən ilin eyni dövrü ilə müqayisədə 7,7% çoxdur.
“Seanews.az” xəbər verir ki, sentyabrda Şanxay limanında konteyner dövriyyəsi 8% artaraq 3,91 milyon TEU-ya çatıb.
Ningbo-Zhoushan limanında isə keçən ay 2,95 milyon TEU (+8,3%) aşırılıb.
Bildirilir ki, oktyabrda 21 marşrutdan 14-də dəniz yükdaşıma tarifləri sentyabr ayı ilə müqayisədə azalıb, 7 marşrut üzrə isə bahalaşıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır