Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-14,
Seanews
Heyder Eliyev

Aktau limanı konteynerlərin aşırılması həcminə görə rekorda imza atıb

Qazaxıstanın Aktau dəniz limanı 2024-cü ilin may ayında 5,1 min TEU-dan çox yük aşırıb və konteyner aşırmalarının aylıq həcminə görə öz rekordunu müəyyənləşdirib.

Bu barədə “Qazaxıstan Dəmir yolu” SC-nin mətbuat xidməti məlumat yayıb.

“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Çindən Avropa ölkələrinə gedən yüklər də daxil olmaqla, konteyner aşırmalarında yüksək artım qeydə alınıb”, - deyə dəniz limanının baş dispetçeri Vadim Novikov bildirib.

Böyük həcmdə ümumi, toplu və konteyner yüklərinin aşırılması üçün cari ilin avqust ayında dəniz limanı 65 ton yükgötürmə qabiliyyətinə malik qülləli kran və müasir digər güclü yükaşırma avadanlığı ilə təmin ediləcək.

Ümumilikdə, bu ilin beş ayında 15,8 min TEU-dan çox yük işlənib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50% çoxdur. O cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan iki dəfə artıq - 14,3 min TEU yük  keçib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır