Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-23,
Seanews
Heyder Eliyev

Apreldə Türkiyə ixracının əsas istiqamətləri İtaliya, ABŞ və İspaniya olub

2024-cü ilin yanvar-aprel aylarında Türkiyə limanlarının yük dövriyyəsi 179,4 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,9% çoxdur.

“Seanews.az” xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Dənizçilik Baş İdarəsinin hesabatında deyilir.

Aprel ayında Türkiyə limanlarında 45,8 milyon ton yük işlənib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 2,1% çoxdur.

Daha çox yük Əliağa (7,48 milyon ton), Kocaeli (7,1 milyon ton), İskəndərun (5,75 milyon ton), Tekirdağ (4,77 milyon ton), Mersin (3,87 milyon ton) və Ceyhan (3,48 milyon ton) limanlarında aşırılıb. Türkiyənin on ən böyük limanında 38,1 milyon ton yük aşırılıb ki, bu da işlənən ümumi yüklərin 84,6%-ni təşkil edir.

2024-cü ilin dördüncü ayında Türkiyə ixracının əsas istiqamətləri: İtaliya (1,79 milyon ton), ABŞ (1,24 min ton) və İspaniya (816,5 min ton) olub.

İdxalda isə əsas yerləri Rusiya (7,5 milyon ton), ABŞ (1,29 milyon ton) və Yunanıstan (978,9 min ton) tutur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır