Helsinki limanı pandemiyadan sonra ilk dəfə müsbət maliyyə nəticəsi əldə edib
Helsinki limanı pandemiyadan sonra ilk dəfə müsbət maliyyə nəticəsi əldə edib. 2023-cü ildə limanın gəliri 91,5 milyon avro təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 2,4% çoxdur.
“Seanews.az” xəbər verir ki, 2022-ci ildəki 1,7 milyon avro zərərə qarşı xalis mənfəət 1,8 milyon avro olub.
2023-cü ildə Finlandiyada yük daşımaları əvvəlki illə müqayisədə azalsa da dəniz sərnişin daşımaları artıb.
Helsinki limanı Finlandiyanın ən böyük yükaşırma mərkəzlərindən biridir. Finlandiyada sərnişin axınının 77%-i Helsinkidən keçir. 2023-cü ildə Helsinki limanının yük dövriyyəsi 8,2% azalaraq 13,9 milyon tona, konteyner dövriyyəsi 8,1% azalaraq 452 min TEU-ya, limana yan alan gəmilərin sayı 1,3% azalaraq 7321-yə düşüb. Sərnişin axını 12% artıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır