Yanvarda Valensiya limanının ümumi yük dövriyyəsi 6 milyon tonu ötüb
2024-cü ilin yanvar ayında İspaniyanın Valensiya limanının ümumi yük dövriyyəsi 6 milyon tonu ötüb. Bu da 2023-cü ilin yanvar ayı ilə müqayisədə 5% çoxdur.
“Seanews.az” xəbər verir ki, ötən ay limanda konteynerlərin aşırılması 11% artaraq 388,366 TEU-ya çatıb. Polad sənayesi üçün məhsulların aşırılması 3,8%, gübrələrin işlənməsi 20,72% artıb.
Valensiya limanından dəmir yolu ilə idxal və ixrac edilən konteynerlərin sayında artım var - 0,74%. Belə konteynerlər limanın ümumi konteyner dövriyyəsinin 8,47%-ni təşkil edir. Ro-Ro yüklərinin aşırılması isə 0,8% artıb.
Yanvarda Valensiya limanının əsas ticarət tərəfdaşları Çin (48 936 TEU) və ABŞ (23 646 TEU) olub.
Ən böyük artım Valensiya limanı ilə Səudiyyə Ərəbistanı arasında daşımalarda (+123,71%) qeydə alınıb. Uzaq Şərq marşrutu üzrə daşıma 37,39% artıb.
Balear adaları və Əlcəzairə müntəzəm səfərlər, eləcə də kruiz gəmiləri hesabına Valensiya limanına gələn və gedən sərnişinlərin sayı 40% artıb.
Qeyd edək ki, limanın yük dövriyyəsi 2023-cü ildə 2,81% azalaraq 76,7 milyon tona düşüb.