Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Dünyanın ammonyakla işləyən ilk konteyner gəmisi Norveç və Almaniya arasındakı marşrutlara xidmət göstərəcək

“Yara Clean Ammonia”, “North Sea Container Line” və “Yara International” dünyanın ilk ammonyakla işləyən konteyner gəmisi olacaq “Yara Eyde”-ni sifariş etmək üçün “CMB.TECH” ilə əməkdaşlıq sazişi bağlayıblar.

“Seanews.az” xəbər verir ki, buz sinfinə aid 1400 TEU-luq konteyner gəmisi Çinin “Qingdao Yangfan Shipbuilding” tərsanəsində inşa ediləcək.

“Yara Eyde”-nin 2026-cı ilin ortalarına qədər təhvil verilməsi gözlənilir. O, Norveç və Almaniya arasındakı marşrutlara xidmət göstərəcək.

Gəmi “CMB.TECH”-in konteyner bölməsi olan “Delphis” şirkətinə məxsus olacaq və “NCL Oslofjord AS” tərəfindən (“North Sea Container Line” və “Yara Clean Ammonia”-nın birgə müəssisəsi) istismar ediləcək.  “NCL”-nin strukturu “Yara Clean Ammonia” gəmini ammonyak yanacağı ilə təmin edəcək.

“NCL Oslofjord AS” gəmiləri yalnız ammonyakla işləyən dünyada ilk xətti gəmiçilik olmağı hədəfləyir.

“Offshore-energy.biz” portalı xəbər verir ki, konteyner gəmisinin akkumulyator və sahil elektrik şəbəkəsinə qoşulma imkanı ilə təchiz edilməsi də planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır