Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

“Maersk” konteyner xidmətinin logistikasını dəyişəcək

Danimarkanın gəmiçilik xətti “Maersk” Şimali və Cənubi Amerikaya yük daşıyan “OC1” konteyner xidmətində logistikaya dəyişikliklər etmək niyyətindədir.

 “Seanews.az” xəbər verir ki, Panamada anomal quraqlığın nəticələrinin aradan qaldırılması üçün görülən tədbirlər yüklərin və gəmilərin Panama kanalı ilə hərəkətində ləngimələrə səbəb olur.

“Qatun gölündə mövcud və proqnozlaşdırılan suyun səviyyəsini nəzərə alaraq, Panama Kanalı İdarəsi (ACP) kanaldan keçə biləcək gəmilərin sayını və tonajını azaltmağa məcbur olub. ACP ilə sıx əməkdaşlıq edərək... müştərilərimizə mənfi təsirləri minimuma endirmək üçün xidmətlərdə dəyişikliklər etdik”, - deyə məlumatda bildirilir.

“Maersk” Panama kanalından yan keçməklə yükləri bir növ 80 kilometrlik “quru körpü” ilə daşımaq niyyətindədir. “Sakit okean gəmiləri Balboada (Panamada) dönərək Latın Amerikası və Şimali Amerikaya gedən yükləri boşaldacaq və Avstraliya və Yeni Zelandiyaya gedən yükləri götürəcək. Atlantik gəmiləri Manzanilloda (Panamada) dönərək Avstraliya və Yeni Zelandiyaya gedən yükləri boşaldacaq və Latın və Şimali Amerikaya gedən yükləri götürəcək”, - şirkət izah edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır