Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Aktau limanı vasitəsilə 19 mindən çox iyirmi fut ekvivalentində (TEU) konteyner daşınıb

2023-cü ilin yanvar-oktyabr aylarında Qazaxıstanın Aktau dəniz ticarət limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 22% artaraq 3,8 milyon ton təşkil edib. O cümlədən neftin aşırılması 54% artaraq 3 milyon tonu ötüb. Müsbət dinamika Qazaxıstan neftinin Aktau limanı vasitəsilə ixracının qismən Bakı-Tbilisi-Ceyhan marşrutuna yönəldilməsi ilə bağlıdır.

“Seanews.az”  xəbər verir ki, hesabat dövründə limanda həmçinin 162 min ton taxıl, 142 min ton metal, 52 min ton sement işlənib. Liman vasitəsilə 19 mindən çox iyirmi fut ekvivalentində (TEU) konteyner daşınıb ki, bunun da 13,5 mindən çoxu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TİTR) ilə nəql edilib.

Aktau dəniz limanı Xəzər dənizinin şərq sahilində, Qazaxıstan, İran, Azərbaycan, Rusiya və Türkiyəni birləşdirən nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Liman quru yüklərin, xam neftin və neft məhsullarının aşırılmasını təmin edir. Aktau Dəniz Ticarət Limanının yük dövriyyəsi 2022-ci ildə 2021-ci illə müqayisədə 9% artaraq 3,8 milyon tonu ötüb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır