Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

Honkonq limanının ötürmə qabiliyyəti ildə 456 min gəmi təşkil edir

2023-cü ilin yanvar-oktyabr aylarında Çinin Honkonq limanının konteyner dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,3% azalaraq 11,92 milyon TEU təşkil edib.

“Seanews.az”  xəbər verir ki, limanın ən böyük konteyner terminalı olan “Kwai Tsing” vasitəsilə aşırılma 15,3% azalaraq 9,21 milyon TEU-ya düşüb.

Hesabat dövründə limanın digər terminalları vasitəsilə yükaşırmalar 10,7% azalaraq 2,71 milyon TEU olub.

Dünyanın ən böyük limanlarından biri olan Honkonqun ötürmə qabiliyyəti ildə 456 min gəmi təşkil edir. 2022-ci ildə limanda 16,6 milyon TEU konteyner aşırılıb ki, bu da 6,9% az deməkdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır