Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-13,
Seanews
Heyder Eliyev

“MSC” və “ZIM” Şimali Avropadan gələn marşrut üzrə müştərilərə xidmət göstərmək üçün gəmilərin birgə istismarı haqqında saziş imzalayıb

İsveçrənin “MSC” və İsrailin “ZIM” şirkətləri Şimali Avropadan gələn marşrut üzrə müştərilərə xidmət göstərmək üçün gəmilərin birgə istismarı haqqında saziş imzalayıblar.

“Seanews.az” xəbər verir ki, yeni birgə konteyner xətti “MSC”-nin ayrıca “İsrail Ekspress” xidmətini və “ZİM”-in “Şimali Avropa - Şərqi Aralıq dənizi” marşrutunu əvəz edəcək.

Birgə xidmət avqustun sonunda fəaliyyətə başlayıb. Ona hər birinin tutumu təxminən 6,7 min TEU olan beş konteyner gəmisi xidmət göstərəcək. “MSC” öz gəmilərindən üçünü, “ZIM” isə iki gəmini təqdim edəcək. Yeni xidmətin bir hissəsi kimi Aşdoddan ilk səfəri “ZIM Alabama” gəmisi tərəfindən həyata keçirilir.  Qeyd edək ki, gəmi London Gateway - Rotterdam - Hamburq - Antverpen - Havr - Aşdod - Hayfa - Damietta - Valenciya - London Gatevay ardıcıllığı ilə limanlara yan alacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır