Türkiyə limanlarına 420 kruiz gəmisi yan alıb
2023-cü ilin birinci yarısında Türkiyə limanları 420 kruiz gəmisi qəbul edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32,5% çoxdur.
Bu barədə ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Bu gəmilərlə Türkiyəyə 483 min insan səfər edib. 2022-ci illə müqayisədə artım 88,8% təşkil edib.
Ən çox kruiz gəmisini Kuşadası limanı qəbul edib: 6 ayda limana 191 layner, iyunda isə 66 gəmi yan alıb. Sonrakı yerlərdə İstanbul, Çeşmə və Bodrum limanlarıdır.
2023-cü ilin iyun ayında Türkiyə limanlarına yan alan kruiz gəmilərinin sayı 140 olub ki, bu da 2022-ci ilin iyun ayı ilə müqayisədə 14,8% çoxdur. Sərnişinlərin sayı ötən ilin iyun ayı ilə müqayisədə 58,2% artaraq 183 min nəfərə çatıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır