Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Türkiyə, Rusiya və Ukrayna nümayəndələri İstanbulda uğurlu nəticələr əldə ediblər

Mayın 10-11-də İstanbulda "Taxıl sazişi"nə dair Türkiyə, Rusiya və Ukrayna nümayəndələri arasında keçiriləm görüşdə müsbət nəticələr əldə edilib. 

“Seanews.az” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, tərəflər Ukrayna limanlarında qalan Türkiyə gəmilərinin və heyət üzvlərinin təhlükəsiz şəkildə  ölkəyə qayıtması, təxliyə fəaliyyətinin planlaşdırılması və bu prosesin icrası ilə bağlı razılıq əldə ediblər.

Bundan başqa, görüşdə Ukrayna limanlarındakı digər ölkələrə məxsus gəmilərin də gələcəkdə təxliyəsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər “Taxıl sazişi”nin icrası barədə müzakirələrin növbəti dövrlərdə davam etdirilməsinə də razılıq veriblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır