Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Özbəkistandan Türkiyə limanlarına daşınan yükün həcmi açıqlanıb

2023-cü ilin yanvar-fevral aylarında Özbəkistandan Türkiyə limanlarına 171 min ton yük daşınıb.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, Özbəkistandan Türkiyə limanlarına edilən bütün daşımalar digər ölkə bayraqlı gəmilərlə həyata keçirilib.

2023-cü ilin yanvar-fevral aylarında Türkiyə limanlarına Özbəkistandan heç bir tranzit yük daşınmayıb.

Qeyd edək ki, 2023-cü ilin fevral ayında Türkiyə limanları 27 milyon 551 min 878 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 245 min 391 ton təşkil edib. Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 25 milyon 306 min 487 ton olub.

2023-cü ilin fevral ayında Türkiyə limanlarından 5 milyon 642 min 936 ton transit yük daşınıb.

Bununla yanaşı, 2023-cü ilin yanvar-fevral aylarında Türkiyə limanları 59 milyon 643 min 642 ton yük qəbul edib.

Qeyd edilən dövrdə Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 4 milyon 151 min 820 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 55 milyon 491 min 822 ton təşkil edib.

2023-cü ilin yanvar-fevral aylarında Türkiyə limanlarından 12 milyon 145 min 781 ton tranzit yük daşınıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır