“CSSC” avtomobil və yük maşınları daşıyıyan gəmi sifarişlərinin yarısını alıb
Çin gəmi inşaatçıları inkişaf etməkdə olan avtomobil və yük maşınlaı daşıyıcıları (PCTC) bazarını ələ keçirir.
“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, Çinin dövlət nəhəngi “China State Shipbuilding Corp” (“CSSC”) yanvar ayında bütün avtomobil və yük maşınları daşıyan gəmi sifarişlərinin demək olar ki, 50%-ni alıb.
Eyni zamanda, yanvar ayında o cümlədən ümumi dedveyti 510 min ton olan 17 gəminin və 152 min yanalma körpüsünün tikintisi də daxil olmaqla, bütün sifarişlər Çin gəmiqayıranlarına nəsib olub.
“Clarkson Research”-in hesabatında qeyd edilir ki, 2021-ci ildən bəri “CSSC” 7000-dən 9200-ə qədər nəqliyyat vasitəsi olan 35 PCTC gəmisi üçün sifarişlər alıb və qlobal bazar payının 27%-ni tutub.
PCTC seqmentinə marağın artması 2022-ci ildə Çindən avtomobil ixracının 3,11 milyonu keçməsi ilə bağlıdır. Avtomobil istehsalçıları təchizat zəncirlərini gücləndirmək üçün bu gəmiləri alırlar.