Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-16,
Seanews
Heyder Eliyev

LNG-nin çatdırılması üçün yeni xidmət

Fransanın Aralıq dənizi sahilindəki “Fos Cavaou” LNG terminalının operatoru “Elengy” və multimodal nəqliyyat operatoru “Delta Rail”-nin mayeləşdirilmiş təbii qaz terminallarından LNG ilə dolu konteyner çatdırılması xidmətini işə salıblar.


“Seanews.az”-ın məlumatına görə, xidmət müştərilərə Fransa və ya Almaniyada “Delta Rail” şəbəkəsinin multimodal platformalarından birində lazımi miqdarda LNG ilə yüklənmiş konteynerləri qəbul etməyə imkan verəcək.


Konteynerlər Fos-sur-Mer limanındakı “Elengy LNG” terminalında saxlanılacaq, yüklənəcək və təyinat yerinə daşınacaq.


LNG bazarının yüksək tələbatını nəzərə alan şirkət bu logistik həllin Almaniyada yeni LNG yükləmə imkanlarından istifadə etməyə imkan verəcəyinə inanır.


Xatırladaq ki, 2022-ci ilin noyabrında “Uniper” şirkəti Almaniyada (Vilhelmshaven) ilk “Wilhelmshaven LNG” terminalının tikintisini tez bir zamanda başa çatdırdı.


Almaniya İqtisadiyyat Nazirliyi mayeləşdirilmiş təbii qazın (FSRU) üzən anbar və qazlaşdırma qurğularının alınması və saxlanmasının ümumi dəyərini təxminən 6,56 milyard avro qiymətləndirib. Amma, xərclərin nəzərdə tutulduğundan 3 milyard avro (3,1 milyard dollar) baha olduğu ortaya çıxdı.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır