Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

“Maersk”-in 2022-ci ildə gəliri 32% artıb

Danimarkanın dəniz konteyner daşıyıcısı “Maersk”-in 2022-ci ildə gəliri 81,5 milyard dollar olub ki, bu da 32% artım deməkdir.

“Maersk”-in məlumatına görə, şirkətin faiz və vergilərdən əvvəlki mənfəəti (EBIT) 57% artaraq 30,9 milyard dollara çatıb.

Keçən il “Maersk” biznes transformasiyasını sürətləndirə, “Pilot”, “Senator” və “LF Logistics” kimi şirkətlərin satın alınması hesabına logistika imkanlarını genişləndirə bilib.

Logistika və xidmətlər sahəsində gəlir 47% artıb. Xüsusilə 7,1 milyon kvadratmetrə çatan anbar biznesində daha yaxşı artım əldə edilib.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır