Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Yaponiyadan Türkiyə limanlarına 500 min tona yaxın yük daşınıb

2022-ci ilin yanvar-noyabr aylarında Yaponiyadan Türk limanlarına 482 min 831 ton yük daşınıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Yaponiyadan limanlara 457 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 478 min 835 ton yük çatdırıb.

Bu müddət ərzində Yaponiya bayraqlı gəmilərlə Türkiyə limanlarına 3 min 539 ton yük çatdırılıb. 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə limanlarına Yaponiyadan 9 min 212 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2022-ci ilin noyabr ayında Türkiyə limanları 31 milyon 162 min 78 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 51 min 989 ton təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır