Almaniyadan Türkiyə limanlarına 2 milyon tona yaxın yük daşınıb
2022-ci ilin yanvar-noyabr aylarında Almaniyadan Türk limanlarına 1 milyon 934 min 448 ton yük daşınıb.
Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Almaniyadan limanlara 23 min 275 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 1 milyon 900 min 192 ton yük çatdırıb.
Bu müddət ərzində Almaniya bayraqlı gəmilərlə Türkiyə limanlarına 10 min 981 ton yük çatdırılıb. 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə limanlarına Almaniyadan 214 min 67 ton tranzit yük daşınıb.
Qeyd edək ki, 2022-ci ilin noyabr ayında Türkiyə limanları 31 milyon 162 min 78 ton yük qəbul edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır