Belarus Ukrayna taxılını öz ərazisindən Litva limanlarına ötürməyə razıdır
Belarus Ukrayna taxılının öz ərazisindən Litva limanlarına keçməsinə icazə verməyə razıdır.
BMT-nin rəsmi saytı xəbər verir ki, bunu Belarus Respublikasının xarici işlər nazirinin müavini Yuri Ambrazeviç BMT-nin baş katibi Antonio Quterreşlə görüşündə deyib.
Xarici işlər nazirinin müavini baş katibin diqqətinə çatdırıb ki, Belarus Litva limanlarından ixrac üçün Ukrayna taxılının öz ərazisindən tranzitinə ilkin şərt olmadan razı olacaq.
Bununla yanaşı, Belarus hakimiyyəti hazırda sanksiyalara məruz qalan öz gübrələrinin ixracının bərpasına ümid edir.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır