Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Sualtı gəmi dekabrda istifadəyə veriləcək

Türkiyənin Gölcük Gəmiqayırma Zavodunda inşası davam edən “TCG Piri Reis” sualtı gəmisinin cari ilin dekabrında istifadəyə verilməsi nəzərdə tutulur.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bütövlükdə Müdafiə Sənayesi Komitəsi tərəfindən həyata keçirilən “Yeni tip sualtı qayıq layihəsi” çərçivəsində  qardaş ölkədə altı “Reis” sinifli sualtı gəmi inşa edilir. Bu gəmilərdən “TCG Hızır Reis” 2023-cü il, “TCG Murat Reis”  2024-cü, “TCG Aydın Reis” 2025-ci il, “TCG Seydi Ali Reis” 2026-cı il, “TCG Selman Reis” 2027-ci ildə Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığına təhvil verilməlidir.
Gəmilərin uzunluğu 68 metr, əməliyyat dərinliyi 260 metr, heyəti 27 nəfərdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır