Son dəqiqə: Sidney sahillərində yük gəmisi fırtına səbəbindən batmaq təhlükəsi ilə üzləşib - VİDEO
Göyərtəsində 21 nəfərin olduğu "Portland Bay" yük gəmisi Avstraliyanın şimalında güclü fırtınaya düşüb.
"Seanews.az"-ın xəbərinə görə bu barədə Yeni Cənubi Uels ştatının baş naziri Dominik Pettor məlumat verib. O bildirib ki, hazırda gəmi təhlükəli vəziyyətdədir.
Son məlumata görə, yük gəmisindəki heyət üzvləri təxliyə edilib. Gəminin qayalara çırpılmasının qarşısını almaq üçün əraziyə yedək gəmisi göndərilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır