Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

“Böyük Pyotr” kruiz layneri ilə Xəzər dənizində səyahət etmək mümkün olacaq

Həştərxanın “Lotos” zavodunun körpüsündən dörd göyərtəli “Böyük Pyotr” kruiz layneri sınaq səfərinə yola düşür.  Bu gəmi ilə Aktau, Türkmənbaşı, Bakı və Mahaçqalaya səfərlərlə Həştərxandan Xəzər dənizi üzərindən səyahət etmək mümkün olacaq. Hər il 30 min insan marşrutdan istifadə edə biləcək.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, bu barədə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun yekunlarına dair TASS-a müsahibəsində bildirib.

Marşrut boyu limanlarda turizm infrastrukturunun hazırlanması planlaşdırılır. Həştərxanda isə dəniz vağzalı tikilməlidir.

Qubernator deyib:"Xəzəryanı tərəfdaşlarımız da kruizlərin açılmasında maraqlıdırlar, ona görə də biz layihənin həyata keçirilməsi üçün yaxşı perspektivlər görürük”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır