Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

milərin səfərlərarası təmirini həyata keçirən emalatxana-

Üzən emalatxana “AXDG” QSC-nin gəmilərinə operativ xidmət göstərir.  Bununla da gəmilərin səfərlərarası cari təmirində  vaxt itkisi aradan qaldırılır. Əvvəllər gəmilərin səfərlərarası təmiri “Bibiheybət” və “Zığ” gəmi  təmiri zavodlarında həyata keçirilirdi. İndi isə belə təmir  Yeni Bakı Beynəlxalq Dəniz Ticarət  Limanında lövbərdə dayanan Üzən emalatxanda həyata keçirilir. Müasir standartlara cavab verən Üzən emalatxanada  gəmilərin  təmiri ilə bağlı bütün xidmətlər  göstərilir. Burada  işçi heyətin yaşayışı üçün də zəruri hər şey nəzərə alınıb. Kayutlar, yeməkxana, istirahət otağı ilə yanaşı, üzən qurğuda  “AXDG” QSC-nin internet və lazımı avadanlıqlarla təchiz edilən  stasionar ofisi də  fəaliyyət göstərir. Bu da Gəmiçilik əməkdaşlarının Bakı Beynəlxalq Dəniz Ticarət  Limanında distant fəaliyyət göstərməsinə və işin səmərəliyini daha da artırmağa imkan verir. Üzən emalatxana “Bibiheybət” Gəmi Təmiri Zavodunda təmir edilib. Təmir müddətində emalatxananın sualtı və suüstü hissələri, üst tikililəri təmizlənərək rənglənib, dam örtüyü, gövdədə olan qoruyucu tirlər yenilənib, istehsalat sahələrindəki bütün dəzgahlar təmir olunub, istilik və şirin su sistemləri dəyişdirilib. Bundan başqa, Üzən emalatxanada hər biri 17 kubmetr həcmə malik su və fekal çənlər, 20 yerlik telefon stansiyası quraşdırılıb, sanitariya sistemi yenisi ilə əvəz edilib. Bütün sahələrdə təmizləmə və rəngləmə işləri görülüb.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır