Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-07,
Seanews
Heyder Eliyev

Misir “Maersk” ilə gəmilərin təchizatı üçün yaşıl yanacağın istehsalına dair memorandum imzalayıb

Misir hakimiyyəti Danimarkanın gəmiçilik və logistika şirkəti “A.P.Moller-Maersk” ilə Süveyş kanalı ərazisində gəmilərin təchizatı üçün yaşıl yanacaq istehsalı layihəsini həyata keçirmək məqsədi ilə anlaşma memorandumu imzalayıb.

“Seanews.az” xəbər verir ki, layihə ekoloji cəhətdən təmiz yanacağın istehsalını və sıfır karbon emissiyasına nail olmağı nəzərdə tutur.

Süveyş İqtisadi Zonasının sədri Yəhya Zəkinin sözlərinə görə, Qahirə "dünyanın ən mühüm su yolunun hər iki tərəfində" potensialına və əlverişli yerləşməsinə əsaslanaraq bu regionu yaşıl iqtisadiyyat kontekstində inkişaf etdirməyi hədəfləyir. Kanalın rəqabət qabiliyyətini artırmaq və gəmilərin təmiz yanacaqla təchizində qlobal mərkəzə çevrilməsi üçün böyük imkanlar var.

Misir hökumətinin məlumatına görə, 12 gəmini yaşıl hidrogenlə istismar üçün zəruri avadanlıqla təchiz edəcək “Maersk”   şirkəti Ayn Soxnada (Süveyş körfəzinin sahilində, Qahirədən 120 km aralıda) təmiz yanacaq zavodunun yaradılmasında maraqlıdır. Şirkət bu ilin sonuna qədər Süveyş kanalında gəmilərin yanacaq təchizatı ilə bağlı lazımi texniki-iqtisadi əsaslandırmaları tamamlamaq niyyətindədir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır