“ZIM” altı konteyner gəmisini icarəyə götürəcək
“ZIM” şirkəti “MPC Capital AG”-nin başçılıq etdiyi investorlar qrupu ilə sövdələşməyə əsasən 5,5 min TEU tutumlu altı konteyner gəmisini icarəyə götürəcək.
“Seanews.az” xəbər verir ki, konteyner gəmiləri Koreyanın “HJ Shipbuilding & Construction” (əvvəllər “Hanjin Heavy Industries & Construction” kimi tanınırdı) tərsanəsində inşa ediləcək.
Gəmilər 2023-cü ilin mayından 2024-cü ilin fevralına kimi təhvil verilməlidir.
Çarter müqaviləsinin müddəti 7 ildir. Müqavilənin dəyəri 600 milyon dollardır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır