Hoteborq, Baltik və Şimal dənizlərinin limanları ilə ABŞ arasında yeni xidmət işə salınacaq
Mart ayında Hoteborq, Baltik və Şimal dənizlərinin limanları ilə ABŞ arasında yeni xidmət işə salınacaq. Xidmətin operatoru “MSC”-dir.
“Seanews.az” xəbər verir ki, gəmilər Klaypeda – Qdınya – Hoteborq – Bremerhafen – Nyu-York – Filadelfiya – Norfolk – Klaypeda xətti üzrə hərəkət edəcək.
İlk səfəri “MSC Cornelia” konteyner gəmisi həyata keçirəcək. 11 gün sonra Nyu-Yorka çatması üçün gəmi Hoteborqdakı terminalı martın 31-də tərk etməlidir.
ABŞ İsveç üçün Avropadan kənarda ən böyük ixrac bazarıdır, son beş ildə bu istiqamətdə konteyner ixracı ildə orta hesabla 4% artıb. 2021-ci ildə İsveçin ABŞ-a konteyner daşımaları isə 14% artaraq təxminən 13 milyard avro təşkil edib.
ABŞ-dan İsveçə idxal 500 milyon avro təşkil edir. Eyni zamanda, son vaxtlara qədər Hoteborq ilə ABŞ arasında birbaşa əlaqə yox idi.