BƏƏ bayrağı altında üzən avtomobil yüklü bərə batıb
BƏƏ bayrağı altında üzən “Əl-Salmi” bərəsi İranın Eseluye limanından 30 mil məsafədə batıb.
“Seanews.az” xarici KİV-lərə istinadən xəbər verir ki, gəmi avtomobil daşıyırmış.
Buşəhr əyalətinin Limanlar və Dəniz İşləri Baş İdarəsinin dəniz təhlükəsizliyi və mühafizə şöbəsinin müdiri deyib: “Əmirliyin gəmisi bir saat əvvəl Asaluyenin 48 kilometrliyində batıb və 30 heyət üzvünün axtarışı üçün əməliyyat başlayıb.”
Hacca Xosrəvi “İRNA”-ya bildirib ki, qayıqla birlikdə hadisə yerinə iki yedək gəmisi də göndərilib. “Heyəti xilas etmək üçün gəmiyə doğru gedən 18-ci xilasedici qayıq indicə batdı. Suda xilasedici jiletli 30 sərnişinin olduğunu nəzərə alaraq, dərhal helikopter tələb etdik”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır