Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

Quru dokun tikintisi və gəmiqayırma zavodunun təmirinə 3 milyard dollardan çox sərmayə qoyulacaq

Avstraliya ölkənin müdafiə qabiliyyətini gücləndirmək və gəmiqayırma imkanlarını genişləndirmək üçün hərbi gəmiqayırma zavodunun modernləşdirilməsinə və Pertdə quru dokun tikintisinə 4,3 milyard Avstraliya dolları (təxminən 3,1 milyard dollar) vəsait ayıracaq.

“Seanews.az” xəbər verir ki, bu bəyanatla çərşənbə axşamı Baş nazir Skott Morrison çıxış edib.

"Bu sərmayə Henderson Gəmiqayırma Zavodunu dünya səviyyəli gəmiqayırma mərkəzinə çevirəcək və ölkənin qərb sahilində dəniz infrastrukturunun inkişafına davamlı öhdəliyimizi nümayiş etdirəcək", - deyə Morrison bildirib.

Vəsaitin böyük hissəsi iri tonajlı gəmilər üçün quru dokun tikintisinə yönəldiləcək ki, bu da, Avstraliyada nəhəng dəniz gəmilərinin tikintisinə, onlara texniki xidmət göstərməsinə, eyni zamanda, gəmilərin, ticarət və mülki gəmiqayırma sənayesinin inkişafına imkan verəcək.

“Henderson gəmiqayırma tərsanələri, Stirling hərbi-dəniz və sualtı donanma bazaları bizim dəniz döyüş qabiliyyətlərimizin əsasını təşkil edəcək və yaxın onilliklərdə ölkənin təhlükəsizliyini təmin edəcək”, - deyə Morrison əlavə edib.

Layihələndirmə və ilkin tikinti işlərinə 2023-cü ildə başlanacağı planlaşdırılır. İşə dövlət nəzarəti Avstraliya Hərbi Dəniz Qüvvələri və Müdafiə Nazirliyi tərəfindən həyata keçiriləcək. Yeni kompleks layihə gücünə çatdıqdan sonra ən azı 2000 iş yerinin yaradılması gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır