Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

ı Gəmiqayırma Zavodunda yeni tankerlərin ilk polad kəsimi mərasimi keçirilib- V

“Bakı Gəmiqayırma Zavodu” MMC-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC üçün tikiləcək iki tankerin ilk polad lövhəsinin kəsilmə mərasimi baş tutub. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Bakı Gəmiqayırma Zavodu arasında imzalanan müqaviləyə əsasən tikilən tankerlərin polad lövhəsinin kəsimi mərasimində hər iki tərəfin nümayəndələri iştirak ediblər. Çıxışçılar bildiriblər ki, “Gəncə” tipli yeni tankerlər unikallığı ilə seçiləcək.  Onlar son zamanlar ölkədə gəmiçilik sahəsinin sürətli inkişafından, Gəmiqayırma Zavodunun reallaşdırıdığı iri miqyaslı layihələrdən söz açıblar. Bildirilib ki, altı yük tankı olan sözügedən tankerlərin hər biri benzin, xam neft və neft məhsulları daxil olmaqla iki növ yükü eyni vaxtda daşıya biləcək.  Yeni tankerlər Xəzərdə suyun mövcud səviyyəsində, az saya oturumla maksimum çox yük götürə bilən nadir gəmilər olacaq. Belə ki, tankerlərin digər texniki xarakteristikaları eyni saxlanılmaqla, yükgötürmə qabiliyyəti 8 min tonadək artırılacaq. Gəminin layihəsini Odessa Dəniz Mühəndisliyi Bürosu hazırlayıb. Büronun direktoru Gennadi Yeqorov gəmiləri “Xəzərin tankerləri” adlandırır. Onun sözlərinə görə, tankerlər güclü iqtisadi perspektiv vəd edir. Tikinti işləri tamamilə Bakı Gəmiqayırma Zavodunda həyata keçiriləcək. Zavodun direktor müavini İmamverdi Həsənov bildirir ki, bunun üçün bütün resurslar mövcuddur. Hər iki gəmi tanınmış brendlərin avadanlıqlar ilə təchiz olunacaq. Bu da üzən vasitələrin istismarını daha da effektiv edəcək. Uzunluğu 141, eni 16.9 metr, dedveyti 8009/5580 ton, sürəti 10 knots olan tankerlərin 2019-cı ildə  təhvili planlaşdırılır. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır